Jesus "Əl Hilal"la rekorda imza atdı
Yeniliklərdən dərhal xəbərdar olun
"Fənərbağça"nın sabiq baş məşqçisi Xorxe Jesus Səudiyyə Ərəbistanında komandası "Əl Hilal"la çətin qırılan rekordu qırıb.
BAKU.WS xəbər verir ki, Jesus “Əl Hilal”la son 28 matçda qalib gələrək, futbol tarixində ən uzun qələbə seriyasına çatıb.
Xorxe Jesusun idarə etdiyi "Əl Hilal" Asiya Çempionlar Liqasının 1/4 final matçında Marselo Qalardonun baş məşqçisi olduğu "Əl İttihad"la qarşılaşıb. King Abdullah Sports City Stadionunda keçirilən matçda "Əl Hilal" 2:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Bu nəticə ilə "Əl Hilal" son 28 matçda qalib gələrək futbol tarixinin ən uzun qələbə seriyasının yeganə sahibi olub.
Ən uzun qələbə seriyası olan komandalar bunlardır:
"Əl-Hilal" - 28 matç
"The New Saints" - 27 matç
"Ajax" – 26 matç (1972)
"Ajax" - 25 matç (1995)
"Koritiba" - 24 matç
"Bayern Münhen" - 23 matç
"Real Madrid" - 22 matç
"Mançester Siti" - 21 matç
Oxşar xəbərlər
Premyer Liqa tarixinin ən yaxşı 33 oyunçusu: Tyeri Anri, Ronaldo, Salah...
"FourFourTwo" jurnalı İngiltərə Premyer Liqası tarixinin ən yaxşı 33 oyunçusu açıqlanıb BAKU.WS xəbər verir ki, sözügedən oyunçuların siyahısını təqdim edir: 33...