Xavi Alonso Vinisius barədə ETİRAF ETDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər Madrid "Real"ının rəhbərliyi komandanın futbolçuları ilə həm paltardəyişmə otağında, həm də telefon danışıqları vasitəsilə bir neçə dəfə ünsiyyət qurublar.
BAKU.WS "AS" nəşrinə istinadən xəbər verir ki, bu görüşlər "kral klubu"nun düşərgəsində atmosferin yaxşılaşmasına səbəb olub.
Məlumata görə, "Real" futbolçuları son oyunlardakı uğursuz nəticələrin ilk növbədə öz məsuliyyətləri olduğunu anlayıblar. Komanda üzvləri baş məşqçi Xabi Alonso ilə münaqişənin mənasız olduğunu dərk ediblər.
Qeyd olunur ki, son günlər ispan mütəxəssis də futbolçularla söhbətlər aparıb. Xüsusilə, Alonso etiraf edib ki, hücumçu Vinisius Junior indiyədək aldığı dəstək və diqqətdən daha artığına layiqdir.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...