Xabi Alonso "Çelsi"nin baş məşqçisi ola bilər
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərənin "Çelsi" klubu baş məşqçi postu üçün əsas namizədlərdən biri kimi ispaniyalı mütəxəssis Xabi Alonso ilə maraqlanır.
BAKU.WS xəbər verir ki, bu barədə nüfuzlu "The Athletic" nəşri məlumat yayıb.
Mənbənin yazdığına görə, 44 yaşlı çalışdırıcı da "Çelsi"yə rəhbərlik etmək ehtimalını istisna etmir. Hazırda tərəflər arasında yekun razılıq əldə olunmasa da, danışıqlar prosesinin davam etdiyi bildirilir.
London klubunun nəzərdən keçirdiyi digər namizədlər arasında isə Andoni Iraola da var.
Xatırladaq ki, Xabi Alonso daha əvvəl "Real Madrid" klubunda baş məşqçi kimi çalışsa da, sonradan vəzifəsindən ayrılıb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...