Vinisiusun qırmızı vərəqə aldığı qalmaqallı anın görüntüləri
"Real Madrid"in braziliyalı cinah yarımmüdafiəçisi Vinisius Junior İspaniyanın "Valensiya" klubu ilə La Liqanın 12-ci tur matçında (2:1) rəqib qapıçını üzündən tutaraq itələdiyi üçün qırmızı vərəqə alıb.
BAKU.WS xəbər verir ki, "Championat.com" hadisə anının görüntülərini dərc edib.
Xatırladaq ki, "Real Madrid"in hücumlarından birində Vinisius qazonda oturmuşdu, bir anda meydan sahiblərinin qapıçısı Stole Dimitrievski ona arxadan yaxınlaşıb, başına toxundu. Ehtimal edilir ki, qapıçı onun hörüklərini çəkib. Buna cavab olaraq braziliyalı futbolçu qapıçını iki əli ilə üz nahiyəsinə itələyib və meydandan qovulub.
Vinisius meydanı zorla tərk edib. Cinah oyunçusu emosional anlar yaşayıb və Antonio Rudiger onu sözün əsl mənasında kənara çəkib.
Xatırladaq ki, daha əvvəl Vinisiusun qeyri-idman hərəkətinə görə 4-12 oyun müddətinə diskvalifikasiya oluna biləcəyi bildirilirdi.
Qeyd edək ki, matç "Real Madrid"in 1-2 hesablı qələbəsi ilə başa çatıb.
Oxşar xəbərlər
Məşhur idmançılar boşanmaq üçün ərizə verdilər
Serbiyalı keçmiş tennisçi, dünyanın bir nömrəsi olmuş Ana İvanoviç Almaniya yığması ilə 2014-cü ilin dünya çempionu olan Bastian Şvaynştaygerdən boşanma ərizəsi...