Vinisius "Valensiya"nın qapıçısına hücum etdiyi üçün cəzalandırılıb
08
yan
2025
12:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Real Madrid"in braziliyalı hücumçusu Vinisius İspaniya çempionatında "Valensiya" ilə oyunda qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb.
BAKU.WS xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Forvard "Valensiya"nın qapıçısı Stole Dimitrievskinin başını itələdiyinə görə cəzalandırılıb. Beləliklə, Vinisius ölkə çempionatının "Las Palmas" və "Valyadolid"lə qarşıdakı iki oyununu buraxacaq. Cənubi amerikalı diskvalifikasiyadan əlavə 600 min avro cərimə ödəməli olacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...