Villi Sanyol: Gürcüstan böyük turnirdə qazanılan ilk xaldan həzz alacaq
22
iyn
2024
23:23
Gürcüstan böyük turnirdə qazanılan ilk xaldan həzz alacaq.
"Report"un məlumatına görə, bunu Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol Çexiya ilə heç-heçə (1:1) etdikləri Avropa çempionatının qrup mərhələsinin II tur oyunundan sonra deyib.
"Bilirik ki, biz Avropa çempionu olmayacağıq. Fasilədə soyunub-geyinmə otağında hisslər qarışıq idi. Çünki qalibiyyət əldə etmək imkanımız oldu. Gürcüstan xalqı bu nəticəni özünəməxsus şəkildə qeyd edəcək", deyə mütəxəssis vurğulayıb.
Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.
Oxşar xəbərlər
AVRO-2024-ün mükafat fondu açıqlanıb - Komandalar nə qədər qazanacaqlar?
Almaniyanın ev sahibliyi edəcəyi 2024-cü il Avropa Futbol Çempionatının (AVRO 2024) başlamasına 50 gün qalıb. BAKU.WS xəbər verir ki, iyunun 14-dən iyulun 14-də...