Veteran futbolçu Messini "Qızıl top"a layiq görmür
Fransa millisinin sabiq futbolçusu Patris Evra bu il "Qızıl top" mükafataının ölkəsinin PSJ klubunda çıxış edən Lionel Messiyə verilməsini istəmir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, veteran müdafiəçi yerli mətbuata açıqlamasında argentinalı hücumçunun buna layiq olmadığını bildirib.
Onun sözlərinə görə, 34 yaşlı forvardın namizədlər siyahısında olması belə, haqsızlıqdır: "Messi bunun üçün nə edib? Ona "Qızıl top"u verməkdən bezdik. Argentina millisi ilə Amerika Kubokunu qazandı. Bəs, İspaniya "Barselona"sında nə etdi?".
O, İngiltərənin "Çelsi" klubunun formasını geyinən Jorjinyonun mükafatı hamıdan çox haqq etdiyini söyləyib.
Qeyd edək ki, Patris Evra karyerası ərzində Fransada "Monako" və "Marsel", İngiltərədə "Mançester Yunayted" və İtaliyada "Yuventus" kimi komandaların şərəfini qoruyub.
Oxşar xəbərlər
PSJ Messiyə görə Poqbanı almaqdan imtina etdi
Fransanın PSJ komandası İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən Pol Poqbanı transfer etmək fikrindən daşınıb. BAKU.WS "Report"a istinadən xəbər ve...