Vətən müharibəsi şəhidinin qızı Avropa çempionu oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın kiçikyaşlı yeniyetmə taekvondoçuları Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş Avropa çempionatını 5 medalla başa vurublar.
Bu barədə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.
Bildirilib ki, yarışda Dərya Hüseynova (24 kiloqram) və Esmanur Azayeva (36 kiloqram) qızıl, Şahin Abdullayev (48 kiloqram) və Aliyə Məmmədli (+57 kiloqram) gümüş, Yusif Zeynallı (52 kiloqram) isə bürünc medal qazanıblar.
Avropa birinciliyində bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxan D.Hüseynova 44 günlük Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olmuş Elbrus Hüseynovun qızıdır.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...