Vaqif Cavadov: "Nəriman Axundzadənin ABŞ-də uğurlu çıxışı Azərbaycan millisinə də müsbət təsir edəcək"
Nəriman Axundzadənin ABŞ klubunda uğurlu çıxışı Azərbaycan millisinə də müsbət təsir edəcək.
BAKU.WS xəbər verir ki, Bunu "Report"a açıqlamasında vaxtilə ölkə xaricində çıxış etmiş Azərbaycan yığmasının sabiq futbulçusu Vaqif Cavadov deyib.
O, ABŞ-nin "Kolambus Kryu" kollektivinə transfer olunan Nəriman Axundzadənin uğur qazana biləcəyinə inandığını bildirib:
"Hamımız Nəriman Axundzadəyə uğurlar arzu edirik. Ən azından o, Azərbaycan futbolunu təmsil edəcək. Nəriman yeni bir çempionata yollanacaq. Düzdür, uyğunlaşmaq bir o qədər asan olmayacaq. Lakin unutmayaq ki, Nəriman "Qarabağ"da parlayıb və bu komandanın heyətində Çempionlar Liqasında çıxış edib. Yəni müəyyən təcrübəyə malikdir. Bu mənada düşünürəm ki, Nəriman Axundzadədən uğur gözləmək olar. Təbii ki, hər şey özündən asılı olacaq. İnanıram ki, Nərimanın uğurlu çıxışı Azərbaycan millisinə də töhfə verəcək".
Qeyd edək ki, N.Axundzadə yeni komandası ilə 2029-cu ilə qədər müqavilə bağlayıb.
Oxşar xəbərlər
"Qarabağ" - "Nyukasl" oyununa 27500 bilet satılıb
Sabah UEFA Çempionlar Liqasının pleyy-off mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Nyukasl" oyununa 27500 bilet satılıb. BAKU.WS xəbər verir ki, bu b...