Van Dayk Niderlandın DÇ-2026 ilə erkən vidalaşmasına münasibət bildirib - "Penaltiləri məşq etmişdik"
Yeniliklərdən dərhal xəbərdar olun
Niderland millisinin kapitanı Vircil van Dayk 2026-cı il dünya çempionatının 1/16 finalında Mərakeşə məğlub olaraq turnirlə vidalaşmalarını şərh edib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, təcrübəli müdafiəçi komandasının oyuna yaxşı nəzarət etdiyini, lakin son dəqiqələrdə buraxılan səhvin onlara baha başa gəldiyini bildirib.
"Yaxşı müdafiə olunurduq, onların yarımmüdafiə ilə müdafiə xətti arasında təhlükəli vəziyyətlər yaratmasına imkan vermirdik. Amma əlavə vaxtda buraxdığımız bir səhv hər şeyi dəyişdi. Penaltiləri məşq etmişdik, əlimizdən gələni etdik. Sonda isə yeganə fikrim penaltiləri qaçırtmış komanda yoldaşlarımı dəstəkləmək idi", - deyə Van Dayk açıqlamasında bildirib.
Qeyd edək ki, qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan Mərakeş millisi 3:2 hesablı qələbə qazanaraq 1/8 finala yüksəlib. Afrika təmsilçisi növbəti mərhələdə Kanada yığması ilə qarşılaşacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...