Vadjinin "Sent-Etyen"də debütü, klubunu məğlubiyyətdən xilas etdi - VİDEO
06
sen
2022
12:31
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ”ın sabiq futbolçusu İbrahima Vadji “Sent Etyen”in heyətində debüt edib.
BAKU.WS-in məlumatına görə, Fransa Liqa-2-də çıxış edən “Sent Etyen” səfərdə “Pau” klubu ilə qarşılaşıb.
Seneqallı hücumçu 66-cı dəqiqədə meydana daxil olub. Oyunun 84-cü dəqiqədə hakim Vadjiyə qarşı kobudluğa görə meydan sahiblərinin qapısına penalti təyin edib və beləliklə, "Sent-Etyen" məğlubiyyətdən qurtulub – 2:2.
7 oyundan sonra 4 xal toplayan “Sent Etyen” 20 komanda arasında 19-cu yeri tutur.
Oxşar xəbərlər
"Qarabağ"dan İbrahima Vadji ilə bağlı AÇIQLAMA
Ağdamın "Qarabağ" klubu "Sent Etyen"ə keçən seneqallı hücumçusu İbrahima Vadji ilə bağlı rəsmi məlumat yayıb. BAKU.WS xəbər verir ki, bu barədə klubun rəsmi "Fa...