Umar Nurmaqomedov Deiveson Fiqeredonu məğlub edib
Yeniliklərdən dərhal xəbərdar olun
Las-Veqasda (Nevada ştatı) təşkil olunan UFC 324 turniri rusiyalı MMA döyüşçüsü Umar Nurmaqomedov üçün uğurlu alınıb.
BAKU.WS xəbər verir ki, yüngül çəki dərəcəsində keçirilən qarşılaşmada o, təcrübəli braziliyalı idmançı Deiveson Fiqeredo ilə üz-üzə gəlib və döyüş hakimlərin yekdil qərarı ilə Nurmaqomedovun qələbəsi ilə yekunlaşıb.
Bu nəticə 30 yaşlı döyüşçünün peşəkar MMA karyerasında 20-ci qələbəsi olub. Onun aktivində hazırda cəmi bir məğlubiyyət var. Keçmiş UFC çempionu olan 38 yaşlı Fiqeredo isə karyerasını 25 qələbə, 6 məğlubiyyət və 1 heç-heçə ilə davam etdirir.
Qeyd edək ki, braziliyalı döyüşçü əvvəllər UFC-də ən yüngül çəki dərəcəsində çempion tituluna sahib olub. UFC 324 turnirində əldə olunan bu qələbə Nurmaqomedovun titul yarışına yaxınlaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...