Ulduz futbolçu İstanbula 2 yeşik pomidorla gəldi
Yeniliklərdən dərhal xəbərdar olun
"Beşiktaş"ın heyətinə qatılan serbiyalı hücumçu Duşan Vlahoviç İstanbulda böyük coşqu ilə qarşılanıb.
BAKU.WS xəbər verir ki, kub rəhbəri Serdal Adalı ilə birlikdə İstanbula gələn 26 yaşlı futbolçunu hava limanında təxminən 3 min azarkeş qarşılayıb. Vlahoviç tərəfdarlarla birlikdə "üçlü" çəkib və türkcə "Çempion olmaq istəyirik" deyib.
Ulduz futbolçunun gəlişində isə başqa bir detal diqqət çəkib. Onun İstanbula 2 yeşik pomidorla gəldiyi iddia olunub.
Pomidor yeşiklərinin görüntüləri sosial şəbəkələrdə qısa zamanda yayılaraq minlərlə reaksiya toplayıb.
Vlahoviç isə "Beşiktaş"a keçidindən məmnun olduğunu bildirib: "Çox xoşbəxtəm, möhtəşəm hissdir. Oynamaq üçün səbirsizlənirəm" deyib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...