Ukraynanın "Şaxtyor" klubu Çempionlar Liqasındakı oyunlarını bu ölkədə keçirəcək

Ukraynanın Şaxtyor klubu Çempionlar Liqasındakı oyunlarını bu ölkədə keçirəcək
İdman 168

Ukraynanın "Şaxtyor" (Donetsk) klubu ölkədəki müharibə səbəbindən UEFA Çempionlar Liqasındakı (ÇL) ev oyunlarını Polşada keçirmək istəyir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Donetsk təmsilçisinin direktoru Dario Srna "Sportowe Fakty" nəşrinə açıqlama verib.

40 yaşlı mütəxəssis bildirib ki, "Legiya" ilə xeyriyyə matçı sözügedən ölkədən oynadıqları son qarşılaşma olmayacaq: "Polşa Ukraynaya kömək edir. Onlara hansısa yolla təşəkkürümüzü bildirmək istəyirik. Varşava ÇL matçlarımızı keçirmək üçün ən yaxşı yer olardı".

Qeyd edək ki, Ukrayna Premyer Liqasında 2021/2022 mövsümü vaxtından əvvəl başa çatdırılıb, "Şaxtyor" çempion elan edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər