Ukraynalı idmançılara ruslarla yarışmaq qadağan edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın Gənclər və İdman Nazirliyi Ukrayna milli komandalarının Rusiya və ya Belarus idmançılarının çıxış edəcəyi beynəlxalq yarışlarda iştirakını qadağan edib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, müvafiq əmr nazirliyin rəsmi saytında dərc edilib.
Sənədə əsasən, qərar Ukraynanın Olimpiya, qeyri-olimpiya və Paralimpiya idman növləri üzrə milli komandalarının rəsmi nümayəndə heyətlərinin bütün nümayəndələrinə şamil edilir.
"Ukrayna milli komandalarının rəsmi nümayəndə heyətlərinin Rusiya Federasiyası və Belarus Respublikası idmançılarının iştirak etdiyi beynəlxalq idman yarışlarında iştirakına qadağa qoyulsun", - sərəncamda deyilir.
Həmçinin qərara əsasən tələb pozulduqda idman federasiyalarının milli federasiya statusundan məhrum edilməsi məsələsinə baxılacaq.
Oxşar xəbərlər
Nazir xarici ölkələri təmsil edən azərbaycanlı idmançılardan danışdı: Onlar... - MÜSAHİBƏ
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ölkədə fəaliyyət göstərən dörd böyük informasiya agentliyinə müsahibə verib. “Report” müsahibəni təqdim edir:...