UFC döyüşləri Azərbaycanda canlı yayımlanacaq
08
fev
2022
16:57
Mütləq Döyüş Çempionatının (UFC) görüşləri Azərbaycanda canlı yayımlanacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, UFC bununla bağlı "SARAN Media Group" ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Anlaşmaya əsasən, döyüşlər Azərbaycanla yanaşı, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistanda da nümayiş etdiriləcək.
Razılaşmanın bir hissəsi olaraq, bütün UFC tədbirləri və əlaqəli məzmunlar, o cümlədən diqqət çəkən məqamlar və reklam çarxları televiziya, onlayn platformalar və qeyd olunan ərazilərdəki mobil cihazlarda yayımlanacaq.
Oxşar xəbərlər
Nurmaqomedov onu özündən daha üstün idmançı adlandırdı - FOTO/VİDEO
UFC-nin yüngül çəkidə keçmiş çempionu Həbib Nurmaqomedov amerikalı Henri Sehudonu özündən daha üstün idmançı sayıb. BAKU.WS xəbər verir ki, bu barədə Nurmaqomed...