Nurmaqomedov onu özündən daha üstün idmançı adlandırdı - FOTO/VİDEO

UFC-nin yüngül çəkidə keçmiş çempionu Həbib Nurmaqomedov amerikalı Henri Sehudonu özündən daha üstün idmançı sayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Nurmaqomedov Mayk Taysonun layihəsində iştirak edərkən danışıb.
"Düzünü desəm, bir idmançı kimi səviyyə baxımından məndən bir qədər yüksəksən. Bilirsən niyə? Olimpiya qızıl medalına görə. Bu, başqa bir səviyyədir. Bu, məşq edən hər bir idmançı üçün xəyaldır - boksçu, güləşçi, fərq etməz", - deyə UFC-nin keçmiş çempionu etiraf edib.

Qeyd edək ki, Henri Sehudo sərbəst güləş üzrə Olimpiya Oyunlarının çempionu, Dünya Kubokunun qalibi, üçqat Pan Amerika çempionu, Pan Amerika Oyunlarının çempionu və UFC-nin yüngül çəkidə keçmiş çempionudur.



Həbib Nurmaqomedov isə iki dəfə sambo üzrə dünya, pankration üzrə isə Avropa çempionu, hazırkı UFC turniri üzrə yüngül çəkidə sabiq çempion, UFC turnirindəki bacarığına görə ən yaxşı döyüşçülər siyahısında 8-ci yerə layiq görülmüş, Rusiya çempionatının finalçısı və kubokun qalibidir.




Oxşar xəbərlər
Çempionlar Liqası və Avropa Liqasının həlledici mərhələlərinin püşkü atıldı
Çempionlar Liqasının və Avropa Liqasının 2019/20 mövsümünün son püşkatma mərasimi keçirilib. BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəh...
