UEFA reytinqi: "Qarabağ" Azərbaycana növbəti xalları qazandırıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycan çempionu buna UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda Finlandiyada HİK-ə 2:1 hesabı ilə qalib gəlməklə nail olub.
Bununla ölkənin cari mövsümdəki xalları 2,250 olub. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,500-ə çatan Azərbaycan reytinqdə 29-cu pillədədir. Bir addım irəlidə olan Slovakiya ilə aradakı fərq cəmi 0,250 əmsala bərabərdir.
"Sabah" əsas və əlavə vaxtı 0:2 hesabı ilə bitən görüşün penaltilər seriyasında Serbiyada "Partizan"a uduzub - 4:5. "Neftçi" isə Türkiyədə "Beşiktaş"a 1:2 hesabı ilə yenilib.
Oxşar xəbərlər
Konfrans Liqası: "Sabah" penaltilər seriyasında məğlub olaraq turnirlə vidalaşıb - YENİLƏNİB - 9
"Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb. Murad Musayevin baş məşqçi olduğu kollektiv Serbiyada "Partizan"ın qonağı olub. Q...