UEFA qərar verdi: İlk dəfə "Qarabağ" - "Ferenstvaroş" qarşılaşmasında istifadə olunacaq

UEFA qərar verdi: İlk dəfə Qarabağ -  Ferenstvaroş qarşılaşmasında istifadə olunacaq
İdman 247

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstan "Ferenstvaroş"una qarşı keçirəcəyi oyunlarında video-köməkçi hakim (VAR) sistemindən istifadə olunacaq.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, VAR sistemi ilk dəfə III təsnifat mərhələsinin matçlarında tətbiq olunacaq.

Avropa futbol qurumu VAR qurğusunu çatdırmaq üçün klublar və televiziya yayıma cavabdeh olan müvafiq telekanallarla sıx əməkdaşlıq edir.

"Qarabağ" "Ferenstvaroş"a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər