UEFA "Qarabağ"la oyundakı hadisələrə görə "Frayburq"u cərimələyib

UEFA Qarabağla oyundakı hadisələrə görə Frayburqu cərimələyib
İdman 169

UEFA Almaniyanın "Frayburq" komandasını cərimələyib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, buna Bundesliqa təmsilçisinin azarkeşlərinin Avropa Liqasının qrup mərhələsinin I turunda "Qarabağ"la ev və II turda Yunanıstan "Olimpiakos"u ilə səfər oyunlarındakı davranışları səbəb olub.

Nəticədə klub ilk matçdakı olaylar səbəbindən 7 000 avro, ikinci görüşdəki insidentə görə isə 11 000 avro məbləğində cərimə ödəyəcək.

Qeyd edək ki, "Frayburq" - "Qarabağ" metçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər