UEFA “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri ilə bağlı qərarını açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu cəzalandırıb.
BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, bu barədə qurum rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, qurumun Nəzarət, Etika və İntizam Orqanı feysbuk səhifəsindəki paylaşımı zamanı ayrı-seçkilik xarakterli sözlərə görə İbrahimovun futbolla bağlı hər hansı fəaliyyətinə müvəqqəti qadağa qoyub. UEFA məsələnin mahiyyəti barədə qərarı sonra verəcək.
Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsində mübarizə aparan “Qarabağ” sabah III tur çərçivəsində “Sivasspor”un qonağı olacaq.
Oxşar xəbərlər
"Qarabağ"dan Nurlan İbrahimovla bağlı açıqlama
"Qarabağ" klubu Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı açıqlama yayıb. BAKU.WS Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, məlumatd...