UEFA Millətlər Liqası: Azərbaycan yığması Qəbələdə Estoniyanı qəbul edəcək
Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində Qəbələdə Estoniyanı qəbul edəcək.
BAKU.WS xəbər verir ki, C Liqasının I qrupunun oyunu saat 18:00-da başlayacaq.
Oyunun baş hakimi Şotlandiyadan olan FIFA referisi Con Bitondur.
Qrupun digər görüşündə Slovakiya İsveçin qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Azərbaycan millisi əvvəlki dörd qarşılaşmada Estoniya (1:3), Slovakiya (0:2, 1:3) və İsveçə (1:3) uduzub.
UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
16 noyabr
V tur
18:00. Azərbaycan - Estoniya
Baş hakim: Con Biton (Şotlandiya).
Qəbələ şəhər stadionu.
Qeyd edək ki, I qrupda İsveç və Slovakiyanın 10, Estoniyanın 3 xalı var. Yığmamız isə hələlik xal qazana bilməyib.
Oxşar xəbərlər
"Turan Tovuz" "Sumqayıt"a qalib gələrək üçüncü sıraya yüksəlib
Misli Premyer Liqasının XVII turunda "Turan Tovuz" "Sumqayıt"a qalib gəlib. BAKU.WS xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan...