UEFA Konfrans Liqasının ilk qalibi məlum oldu - VİDEO
26
may
2022
08:23
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Konfrans Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub.
BAKU.WS xəbər verir ki, ilk dəfə təşkil olunan turnirin finalında "Feyenoord və "Roma" klubları qarşılaşıb.
Matçın taleyini 1 qol həll edib. 32-ci dəqiqədə fərqlənən Nikola Zaniolo "Roma"ya qələbə qazandırıb.
Bununla komandanın baş məşqçisi Joze Mourinyo 5-ci dəfə avrokubok titulu qazanıb. Portuqaliyalı mütəxəssis 2 dəfə Çempionlar Liqası və Avropa Liqasında qələbə sevinci yaşamışdı. Mourinyo bununla 3 avrokubok turnirində titul qazanan ilk baş məşqçi olub.
Oxşar xəbərlər
Avropa Liqası: "Neftçi" evdə Finlandiya çempionu ilə heç-heçə etdi - YENİLƏNİB
“Neftçi” 2021/2022 mövsümündə UEFA Avropa Liqasında ilk oyununu keçirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan çempionu “Bakcell Arena”da Finla...