UEFA Konfrans Liqası: "Zirə" - "Omoniya"nı məğlub edib - 1:0

UEFA Konfrans Liqası: Zirə - Omoniyanı məğlub edib - 1:0
İdman 44

"Zirə" cari mövsüm UEFA Konfrans Liqasında sonuncu oyununu keçirib.

Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv pley-off mərhələsinin cavab matçında Bakıda Kiprin "Omoniya" klubunu qəbul edib.

Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

79-cu dəqiqədə Rafael Utziq fərqlənib.

Səfərdə rəqibinə altı cavabsız qolla uduzan "Zirə" avrokubokla vidalaşmalı olub.

***20:00

Bakıda "Zirə" və Kiprin "Omoniya" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.

Qarşılaşma saat 20:00-da start götürüb.

Görüşü Latviyadan olan hakim Vitaliys Spasyonnikovs idarə edir.

Qeyd edək ki, tərəflər arasındakı ilk oyunda Kipr təmsilçisi 6 cavabsız qolla qalib gəlib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər