UEFA Konfrans Liqası: "Zirə" Estoniya klubuna məğlub olub
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Payde" (Estoniya) - "Zirə" oyunu başa çatıb.
BAKU.WS xəbər verir ki, Pyarnu şəhərindəki "Rannastaadion"da keçirilən qarşılaşmada meydan sahibləri qələbə qazanıb - 1:0.
Moldovalı referi Roman Jitarinin idarə etdiyi matçda yeganə qolu 89-cu dəqiqədə Pa Abdu Çam Bakı klubunun qapısından keçirib.
Qeyd edək ki, cavab qarşılaşması iyulun 30-da baş tutacaq.
***21:46
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Payde" (Estoniya) - "Zirə" oyununda hesab açılıb.
BAKU.WS xəbər verir ki, Pyarnu şəhərindəki "Rannastaadion"da keçirilən qarşılaşmada meydan sahibləri qol vurub - 1:0.
Pa Abdu Çam 89-cu dəqiqədə komandasını hesabda önə keçirib.
Qeyd edək ki, cavab qarşılaşması iyulun 30-da baş tutacaq.
***20:00
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Estoniyada "Payde" - "Zirə" qarşılaşması start götürüb.
BAKU.WS xəbər verir ki, Pyarnu şəhərində keçirilən görüşü moldovalı hakim Roman Jitari idarə edir.
***19:27
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Estoniyada üz-üzə gələcək "Payde" və "Zirə" komandalarının start heyətləri açıqlanıb.
BAKU.WS xəbər verir ki, komandalar saat 20:00-da Pyarnu şəhərində yerləşən "Rannastadion" arenasında keçiriləcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
"Payde": 99. Ebrima Jarju, 7. Edqar Tur, 27. Baranov, 3. Viktor Uqo, 2. Lilander, 11. Sona, 28. Hoym, 10. Miller, 77. D.Luts, 30. Badamosi, 19. S.Luts
Baş məşqçi: Tarmo Kink.
"Zirə": 13. Aydın Bayramov, 2. Amin Seydiyev, 32. Qismət Alıyev, 9. Davit Volkov, 4. Ruan Renato, 7. Eren Aydın, 20. İssa Cibrilla, 21.Quima, 11. Junior Martins, 17. Vyeyra 93. Brahim Konate
Baş məşqçi: Rəşad Sadıqov
Qeyd edək ki, komandalar arasında cavab matçı bir həftə sonra Sumqayıtda keçiriləcək. Bu cütün qalibi 3-cü təsnifat mərhələsində "Santa Koloma" (Andorra) - "Rapid" (Vyana, Avstriya) duelinin güclüsü ilə qarşılaşacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...