UEFA Gənclər Liqası: "Qarabağ"ın U-19 komandasının rəqibi bəlli olub
01
sen
2026
21:26
UEFA Gənclər Liqasında 2026/2027 mövsümünün Çempionlar yolunun püşkatma mərasimi keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Qarabağ"ın U-19 komandasının rəqibi müəyyənləşib.
Azərbaycan təmsilçisi turnirə ikinci mərhələdən start veriləcək. "Qarabağ" bu raundda Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə qarşılaşacaq.
Mərhələnin ilk görüşlərinin oktyabrın 28-də, cavab matçlarının noyabrın 4-də keçirilməsi nəzərdə tutulub. U-19 komandası ilk qarşılaşmanı evdə keçirəcək.
Oxşar xəbərlər
Azərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar
Azərbaycan idmançıları Fransanın Bulon-sür-Mer şəhərində keçirilən savat üzrə dünya çempionatında 3 bürünc medal qazanıblar. BAKU.WS xəbər verir ki, bu barədə G...