UEFA "Fənərbağça" və iki futbolçu ilə bağlı araşdırmaya başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Türkiyənin "Fənərbağça" klubunun, eləcə də komandanın futbolçuları Matteo Genduzi və Meyson Qrinvudun iştirakı ilə bağlı intizam araşdırması başladıb.
BAKU.WS-in məlumatına görə, İstanbul klubu bildirib ki, araşdırmaya səbəb Çempionlar Liqasının pley-off mərhələsində "Lion"la Fransada keçirilən cavab matçından sonra baş verən hadisələrdir. Görüş başa çatdıqdan sonra Genduzi və Qrinvudun da iştirak etdiyi qarşıdurma yaşanıb.
Qeyd edək ki, "Fənərbağça" səfərdə "Lion"a 2:1 hesabı ilə qalib gələrək Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə edib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...