UEFA-dan qışda keçirilən Dünya çempionatı ilə bağlı ETİRAF

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin dünya çempionatının qış aylarında keçirilməsinin əleyhinə çıxış edib.
BAKU.WS xəbər verir ki, bu barədə "RTBF"nin məlumatında deyilir.
"Mən bir şeyə əminəm ki, qışda keçirilən dünya çempionatının futbola faydası olmadı, bunu yenidən təkrarlamaq ağılsızlıq olardı. Bu, matç cədvəlində sıxlıq yaradır", - Çeferin bildirib.
Xatırladaq ki, 2022-ci il dünya çempionatı Qətərdə keçirilib. Turnir noyabrın 20-də başlayıb və Argentina yığması dünya çempionatının finalında Fransaya qalib gələrək qalib olublar.

Oxşar xəbərlər
Argentina millisi üçqat dünya çempionu olub - YENİLƏNİB
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qalibi bəlli olub. Finalda Fransa yığmasını məğlub edən Argentina millisi üçqat dünya çempionu olub. Hesabı 23...