UEFA Çempionlar Liqasının qrup mərhələsinin VII turuna bu gün start veriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Çempionlar Liqasının qrup mərhələsinin VII turuna bu gün start veriləcək.
BAKU.WS xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma keçiriləcək.
İspaniyanın "Barselona" klubu səfərdə Portuqaliyanın "Benfika" komandası ilə üz-üzə gələcək. İngiltərə təmsilçisi "Liverpul" isə öz meydanında Fransanın "Lill" klubunu qəbul edəcək. Digər İspaniya komandası "Atletiko Madrid" isə doğma meydanda Almaniyanın "Bayer 04" klubu ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
VII tur
21 yanvar
21:45. "Atalanta" (İtaliya) - "Şturm" (Avstriya)
21:45. "Monako" (Fransa) - "Aston Villa" (İngiltərə)
00:00. "Slovan" (Slovakiya) - "Ştutqart" (Almaniya)
00:00. "Brügge" (Belçika) - "Yuventus" (İtaliya)
00:00. "Atletiko" (İspaniya) - "Bayer 04" (Almaniya)
00:00. "Benfika" (Portuqaliya) - "Barselona" (İspaniya)
00:00. "Liverpul" (İngiltərə) - "Lill" (Fransa)
00:00. "Bolonya" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya)
00:00. "Srvena Zvezda" (Serbiya) - PSV (Niderland)
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunun digər oyunları sabah keçiriləcək.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...