UEFA Çempionlar Liqası: "Sabah"ın potensial rəqibi müəyyənləşəcək

UEFA Çempionlar Liqası: Sabahın potensial rəqibi müəyyənləşəcək
İdman 26

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

BAKU.WS xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçiriləcək.

Bakı vaxtı ilə saat 14:00-da başlayacaq mərasimdə Azərbaycan çempionu "Sabah"ın potensial rəqibi müəyyənləşəcək.

Xatırladaq ki, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv ilk təsnifat mərhələsində Uelsin TNS klubunu (2:0, 2:1), ikinci raundda isə Finlandiya təmsilçisi "KuPS"u (1:0, 2:0) iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb.

Komanda III təsnifat mərhələsində Danimarkanın "Orhus" klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26-da keçiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər