Çempionlar Liqası: "Qarabağ" səfərdə "Şkendiya"ya qalib gəlib
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Şkendiya" (Şimali Makedoniya) ilə qarşılaşan "Qarabağ" qələbə qazanıb.
"Todor Proeski" stadionunda keçirilən matçda Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
Yeganə qol 18-ci dəqiqədə Toral Bayramovun ayağına yazılıb. O, Leandro Andradeya qarşı kobud oyuna görə təyin olunan penaltini qola çevirib.
Qeyd edək ki, tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq. İki görüşün nəticəsinə əsasən qələbə qazanan kollektiv pley-off mərhələsində"Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" cütünün qalibi ilə üz-üzə gələcək.
***22:18
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" (Şimali Makedoniya) - "Qarabağ" matçında hesab açılıb.
"Todor Proeski" stadionunda keçirilən oyunda Ağdam təmsilçisi hesabda irəli çıxıb.
Azərbaycan klubunun heyətində 18-ci dəqiqədə Toral Bayramov penalti zərbəsini qola çevirib.
***22:00
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində "Qarabağ" Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşır.
Skopye şəhərində keçirilən görüşü slovakiyalı hakim İvan Krujliyak idarə edir.
Oxşar xəbərlər
Misli Premyer Liqası: "Sabah" "Neftçi"yə qalib gəldi
Misli Premyer Liqasında XIV turun növbəti oyunu keçirilib. BAKU.WS xəbər verir ki, "Sabah" evdə "Neftçi" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı q...