UEFA Avropa Liqasında bu gün gərgin III tur oyunları baş tutacaq
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Avropa Liqasının Liqa mərhələsində bu gün III turun oyunları keçiriləcək.
BAKU.WS xəbər verir ki, Avropanın müxtəlif şəhərlərində baş tutacaq 18 qarşılaşmada komandalar növbəti mərhələyə vəsiqə üçün mübarizə aparacaqlar.
Türkiyənin "Fənərbağça"sı doğma meydanda Almaniyanın "Ştutqart" klubunu qəbul edəcək. İtaliyanın "Roma" komandası isə azarkeşləri qarşısında Çexiyanın "Viktoriya"sı ilə qarşılaşacaq.
Günün digər maraqlı oyunlarında "Feyenoord" "Panatinaikos"la, "Zaltsburq" "Ferentsvaroş"la, "Lion" isə "Bazel"lə üz-üzə gələcək.
UEFA Avropa Liqası
Liqa mərhələsi, III tur
23 oktyabr
18:30 - "Feyenoord" (Niderland) - "Panatinaikos" (Yunanıstan)
20:45 - "Zaltsburq" (Avstriya) - "Ferentsvaroş" (Macarıstan)
20:45 - "Fənərbağça" (Türkiyə) - "Ştutqart" (Almaniya)
20:45 - "Braqa" (Portuqaliya) - "Srvena Zvezda" (Serbiya)
20:45 - "Lion" (Fransa) - "Bazel" (İsveçrə)
20:45 - FCSB (Rumıniya) - "Bolonya" (İtaliya)
20:45 - "Qo Ehed İqlz" (Niderland) - "Aston Villa" (İngiltərə)
20:45 - "Genk" (Belçika) - "Betis" (İspaniya)
20:45 - "Brann" (Norveç) - "Reyncers" (Şotlandiya)
23:00 - "Roma" (İtaliya) - "Viktoriya" (Çexiya)
23:00 - "Lill" (Fransa) - PAOK (Yunanıstan)
23:00 - "Seltik" (Şotlandiya) - "Şturm" (Avstriya)
23:00 - "Makkabi" (Təl-Əviv, İsrail) - "Midtyullann" (Danimarka)
23:00 - "Yanq Boys" (İsveçrə) - "Ludoqorets" (Bolqarıstan)
23:00 - "Frayburq" (Almaniya) - "Utrext" (Niderland)
23:00 - "Nottinqem Forest" (İngiltərə) - "Portu" (Portuqaliya)
23:00 - "Selta" (İspaniya) - "Nitsa" (Fransa)
23:00 - "Malmö" (İsveç) - "Dinamo" (Zaqreb, Xorvatiya)
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...