UEFA Avropa Liqası: "Qarabağ" - ÇSKA oyunu başlayıb
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - ÇSKA (Sofiya, Bolqarıstan) oyunu başlayıb.
BAKU.WS xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Matçın baş hakimi italiyalı FIFA referisi Daniele Kiffidir.
Komandalar arasında cavab matçı iyulun 30-da Sofiya şəhərində baş tutacaq.
Bu dueldə qələbə qazanan tərəf "Şerif" (Moldova) - "Makkabi (Tel-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.
***19:29
UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda üz-üzə gələcək "Qarabağ" və Bolqarıstanın "MOİK Sofiya" komandalarının start heyətləri açıqlanıb.
BAKU.WS xəbər verir ki, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 55. Bədavi Hüseynov (k), 4. Bense Varkonyi, 5. Bruno Lanqa, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 10. Abdullah Zubir, 11. Zakariya Savo.
Baş məşqçi: Qurban Qurbanov.
"MOİK Sofiya": 21. Fyodor Lapuxov, 17. Angelo Martino, 14. Teodor İvanov, 32. Fakundo Rodriqes, 2. Pastor, 8. Stefano Sensi, 6. Bruno Jordao (k), 5. Jan-Filip Qbamin, 7. Maks Ebonq, 28. İoannis Pittas, 9. Leandro Qodoy.
Baş məşqçi: Xristo Yanev.
Oxşar xəbərlər
UEFA Konfrans Liqası: "Payde" - "Zirə" qarşılaşması start götürüb
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Estoniyada "Payde" - "Zirə" qarşılaşması start götürüb. BAKU.WS xəbər verir ki, Pyarnu şəhərində...