UEFA Avropa Liqası: ÇSKA "Qarabağ"la cavab matçının biletlərini satışa çıxarıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bolqarıstanın ÇSKA klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəyi cavab matçının biletlərini bu gün satışa çıxarıb.
BAKU.WS xəbər verir ki, bu barədə Sofiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, azarkeşlər qarşılaşmanın biletlərini onlayn, oyunun keçiriləcəyi "Vasil Levski" stadionunun kassalarından və klubun rəsmi mağazasından əldə edə bilərlər.
Biletlərin qiyməti sektorlardan asılı olaraq 12 avrodan başlayır və 100 avroya qədər dəyişir.
Qeyd edək ki, ÇSKA və "Qarabağ" komandaları arasında Bakıda keçirilmiş oyunda hesab açılmayıb. Cavab matçı iyulun 30-da Sofiya şəhərindəki "Vasil Levski" stadionunda baş tutacaq.
Bu dueldə qələbə qazanan tərəf "Şerif" (Moldova) - "Makkabi (Tel-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...