U-23 Avropa çempionatı: Daha iki güləşçimiz finalda
14
mar
2023
20:40
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Daha iki yunan-Roma güləşçimiz Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatının finalına yüksəlib.
BAKU.WS xəbər verir ki, Qurban Qurbanov (72 kq) yarımfinalda Gürcüstan idmançısı Giorgi Çxikvadzeyə, Murad Əhmədiyev (97 kq) isə almaniyalı Lukas Lazoqianisə qalib gələrək qızıl medal uğrunda görüşə vəsiqə qazanıblar.
Daha əvvəl çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Elmir Əliyev yarımfinalda Gürcüstan idmançısı Dmitri Xaçidzeni məğlub edərək finala adlamışdı.
Oxşar xəbərlər
Güləşçilərimiz Avropa çempionatına 1 qızıl və 3 gümüş medalla başladı - YENİLƏNİB/VİDEO
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatına start verilib. BAKU.WS Güləş Federasiyasının yaydığı məlumata istinadən xəbər verir ki,Qitə biri...