Tyeri Anri: "Qarabağ" futbolda sadəliyin gücünü göstərir
Yeniliklərdən dərhal xəbərdar olun
Fransalı futbol əfsanəsi və "CBS Sports"un şərhçisi Tyeri Anri Ağdamın "Qarabağ" klubunun oyun tərzini yüksək qiymətləndirib.
BAKU.WS xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsində "Kopenhagen" üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edərkən komandanın fərqli yanaşmasına diqqət çəkib.
"Qarabağ" çox sadə, amma inanılmaz dərəcədə effektiv oynayır. Sürətli hücum keçidləri və davamlı cinah hücumları rəqibləri çətin vəziyyətə salır. Onları dayandırmaq üçün həm yüksək səviyyədə, həm də güclü iqtisadi imkanlara sahib komanda olmalısınız. Futbol əslində sadə oyundur, lakin sadə oynamaq ən çətinidir. "Qarabağ" isə bunu bacarır", – Anri bildirib.
Xatırladaq ki, Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının ikinci turunda "Kopenhagen"i məğlub edərək qrupda növbəti qələbəsini qazanıblar.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...