Türkiyənin futbol millisinə növbəti şok

24
iyn
2024
16:41
Futbol üzrə Türkiyə milli komandasının dünən axşam keçirilən məşqində dizindən travma alan qapıçısı Doğan Alemdarın müayinələri yekunlaşıb. Gənc qolkiperdən pis xəbər gəlib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, yoxlamalar nəticəsində Doğan Alemdarın sol dizinin ön çarpaz bağında yırtıq aşkarlanıb və qolkiperin müalicəsinin növbəti mərhələsinə keçmək üçün düşərgəni tərk etməsinə qərar verilib.
2024-cü il Avropa Çempionatına qapıçı vəsiqəsini təmin etmək üçün Medipol Başakşehir FK komandasından Məhəmməd Şengəzer Türkiyə millisinin düşərgəsinə çağırılıb.
Oxşar xəbərlər
Futbol tarixinin ən yaxşı 30 stadionu - FOTO
Futbol klublarının məbədi olan stadionlar futbolun ən mühüm komponentlərindəndir. Klubların evi olan, tribunaların coşqunun meydanda əks olunduğu bu stadionlar...
