Türkiyəli hücumçu Avropa Liqasında həftənin ən yaxşısı seçilib

Türkiyəli hücumçu Avropa Liqasında həftənin ən yaxşısı seçilib
İdman 259

Avropa Liqasında həftənin oyunçusu müəyyənləşib.

BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, qrup mərhələsinin V turunun ən yaxşısı Burak Yılmaz seçilib.

Fransanın “Lill” klubunun türkiyəli hücumçusu azarkeşlər arasında aparılan səsvermənin qalibi olub. Burak Çexiya “Sparta”sı ilə qarşılaşmasında dubl edərək, komandasına 2:1 hesablı qələbə qazandırıb.

35 yaşlı forvard səsvermədə digər namizədlər Maqnus Volff Eykrem (“Molde”), Yens Petter Hauqe (“Milan”) və Qalenonu (“Braqa”) qabaqlayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər