Türkiyədə qadın futbol klubunda kişilər oynayırlar - İDDİA
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Futbol Federasiyasının (TFF) 3-cü liqa qadın komandasında kişi oyunçuların olduğu iddia edilib.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, ordunun “Rüsumat-4 Gənclər” komandası və “ Adana 01” komandaları üz-üzə gəliblər.
Qarşılaşmada meydana çıxan iki futbolçunun daha əvvəl kişi şəxsiyyət vəsiqəsi üçün müraciət etdiyi və nəticəni gözlədiyi iddia edilib.
Ordu təmsilçisinin 2-0 hesabı ilə qalib gəldiyi qarşılaşmada Adananın futbol klubu rəqibinin iki kişi oyunçu ilə oynadığını əsas gətirərək Futbol İntizam Şurasına müraciət edib.
Hələ də çəhrayı kimliklərlə yaşayan hər iki futbolçunun kişi hormonlarının, hətta saqqallarının olduğu iddia edilib.
Həvəskar Futbol İntizam Şurasının haqlı hesab etdiyi etiraz TFF rəhbərliyi tərəfindən müzakirə edilərək qərar veriləcək.
Oxşar xəbərlər
Türkiyə komandası tapança atıcılığı üzrə yarışda bürünc medal qazanıb, nazir qaliblərə medalları təqdim edib - YENİLƏNİB
Stend atıcılığının səngər növü üzrə qadınlar və kişilər arasında keçirilən final yarışın qızıl medallı qalibi finlandiyalı Noora Antikaynen, kişilər arasında ke...