Türkiyədə oyun zamanı futbolçular hakimin burnunu sındırdılar - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə matç zamanı futbolçular hakimə hücum edib.
Bu barədə görüntülər sosial şəbəkəyə yerləşdirilib.
Hadisə həvəskar liqada çıxış edən "Kumçatıspor" - "Cizre Diclespor" matçında (1:1) baş verib. “Kumçatıspor” futbolçularının hücumu nəticəsində hakimin burnu qırılıb.
Bu, Türkiyədə hakimə qarşı ilk hücum deyil. Bundan əvvəl ölkə çempionatının 15-ci turunun “Ankaragücü” – “Rizəspor” matçında (1:1) ev sahibi komandanın prezidenti Faruk Koca baş hakim Halil Umut Meləri döyüb. Hakim qazona yıxılıb, bundan sonra xəstəxanaya yerləşdirilib.
Buna cavab olaraq Türkiyə Futbol Federasiyası ölkə çempionatını dayandırıb. Koca bütün türk hakimlər, futbolçular və Türkiyə xalqından üzr istəyib, bundan sonra istefa verib.
Oxşar xəbərlər
“Ankaragücü” klubuna yeni prezident seçildi - FOTO
Türkiyənin "MKE Ankaragücü" klubunda Faruk Kocanın istefasından sonra prezident postuna İsmayıl Mert Fırat təyin edilib. BAKU.WS xəbər verir ki, bu barədə klub...