Türkiyədə mərc qalmaqalı ilə bağlı yeni həbslər olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin İstanbul baş prokuroru Akın Gürlek ölkə futbolunda qanunsuz mərc işi ilə bağlı genişmiqyaslı araşdırma çərçivəsində yeni əməliyyatın hazırlanmaqda olduğunu bildirib.
BAKU.WS xəbər verir ki, onun sözlərini "Daily Sabah" yayıb.
Gürlek deyib ki, yaxın günlərdə futbolçularla yanaşı, məşqçiləri, şərhçiləri və klub rəhbərlərini də əhatə edən yeni həbslər ola bilər. O, araşdırmanın hələ bitmədiyini vurğulayıb.
"Vəzifəsindən asılı olmayaraq, fırıldaqçılıqda iştirak edən hər kəs müəyyən ediləcək və məsuliyyətə cəlb olunacaq. Türkiyə futbolunu korrupsiyadan tamamilə təmizləmək niyyətindəyik", - deyə prokuror əlavə edib.
Bundan əvvəl Türkiyə Futbol Federasiyası (TFF) idmana mərc qoyduqlarına görə 102 oyunçunu diskvalifikasiya etmişdi. Ən az cəza 45 gün, maksimum cəza isə bir il təşkil edib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...