Türkiyə yığması bu məşqçiyə həvalə olunacaq - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə millisinin yeni baş məşqçisi böyük ölçüdə müəyyənləşib.
BAKU.WS Apasport.az-a istinadən xəbər verir ki, “ay-ulduzlular”ı almaniyalı Stefan Kuntz çalışdıracaq.
Türkiyə millisinə cavabdeh təyin olunan Hamit Altıntopun məsləhəti ilə İstanbula gələn 58 yaşlı mütəxəssis Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemirlə görüşüb. Görüş zamanı tərəflər arasında ilkin razılıq əldə olunub. Yekun qərarı TFF-nin İdarə Heyəti verəcək.
Qeyd edək ki, Türkiyə millisi DÇ-2022-nin seçmə mərhələsində Niderlanda 1:6 hesablı məğlubiyyətdən sonra Şenol Güneşlə yollarını ayırıb. Federasiya ilk olaraq Okan Burukla anlaşmışdı.
Oxşar xəbərlər
Şenol Güneş Türkiyə millisindən kənarlaşdırıldı
Şenol Güneş Türkiyə milli komandasının baş məşqçisi postundan kənarlaşdırılıb. BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məl...