Türkiyə Super Liqasına vəsiqə qazanan son komanda bəlli oldu
Yeniliklərdən dərhal xəbərdar olun
"Eyüpspor" və "Göztəpə"dən sonra Türkiyə Super Liqasına vəsiqə qazanan son komanda "Bodrum" FK olub.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, normal vaxtda 1-1 bərabərə bitən pley-off finalında “Sakaryaspor”u əlavə vaxtda 3-1 hesabı ilə məğlub edən Ege təmsilçisi tarixində ilk dəfə Super Liqada mübarizə aparmaq hüququ qazanıb.
"Bodrum" FK son 13 matçda məğlubiyyətlə üzləşməyib. KLubun Super Liqa macərasında Öztürk ailəsinin qatqısı da diqqət çəkir. "Antalyaspor"un keçmiş prezidenti Ali Şafak Öztürkün də üzvü olduğu Öztürk ailəsinin 2020-2021 mövsümündə satın aldığı Bodrum FK növbəti mövsüm 1-ci Liqaya yüksəlməkdə uğur qazanıb. 1-ci Liqanın ilk mövsümündə pley-off finalında "Pendikspor"la mübarizədən kənarlaşdırılaraq Super Liqa fürsətini əldən verən Bodrum, bu dəfə "Sakaryaspor"la mübarizədə uğurla Super Liqaya daxil olub.
Oxşar xəbərlər
Azərbaycanın U-17 millisi iki yoldaşlıq oyunu keçirəcək
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi mayın 13-dən 21-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. BAKU.WS AFFA-nın rəsmi saytına istinadən xəbər ve...