DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə dünya çempionatında Türkiyə millisi Avstraliyaya uduzub.
BAKU.WS xəbər verir ki, "BC Place Vancouver" stadionunda keçirilən D qrupunun matçında "ay-ulduzlu"lar rəqibinə 0:2 hesabı ilə məğlub olublar.
Avstraliyanın heyətində Nestori İrankunda (27) və Konnor Metkalf (75) fərqləniblər.
Qeyd edək ki, bu qrupun digər qarşılaşmasında ABŞ seçməsi Paraqvayı 4:1 hesabı ilə məğlub edib.
***09:40
Futbol üzrə dünya çempionatının Avstraliya - Türkiyə oyununda ikinci qol vurulub.
BAKU.WS xəbər verir ki, "BC Place Vancouver" stadionunda keçirilən D qrupunun matçında "ay-ulduzlu"lar növbəti qolu buraxıblar - 0:2.
75-ci dəqiqədə Konnor Metkalf uzaq məsafədən qapını dəqiq nişan alıb.
***09:14
Futbol üzrə dünya çempionatının Avstraliya - Türkiyə oyununda ikinci hissə başlayıb.
BAKU.WS xəbər verir ki, "BC Place Vancouver" stadionunda keçirilən D qrupunun matçında "ay-ulduzlu"lar hesabda geridədirlər - 0:1.
***09:00
Futbol üzrə dünya çempionatının Avstraliya - Türkiyə oyununda ilk hissə başa çatıb.
BAKU.WS xəbər verir ki, "BC Place Vancouver" stadionunda keçirilən D qrupunun matçında "ay-ulduzlu"lar fasiləyə məğlub yollanıblar - 0:1.
27-ci dəqiqədə Nestori İrankunda fərqlənib.
***08:35
Futbol üzrə dünya çempionatının Avstraliya - Türkiyə oyununda hesab açılıb.
BAKU.WS xəbər verir ki, "BC Place Vancouver" stadionunda keçirilən D qrupunun matçında avstraliyalılar ilk qolu vurublar.
27-ci dəqiqədə Nestori İrankunda fərqlənib.
***08:05
Futbol üzrə dünya çempionatının Avstraliya - Türkiyə oyunu start götürüb.
BAKU.WS xəbər verir ki, D qrupunun matçı "BC Place Vancouver" stadionunda keçirilir.
Qarşılaşmanı venesuelalı FIFA referisi Xesus Valensuela idarə edir.
Oxşar xəbərlər
Şotlandiya DÇ-2026-ya qələbə ilə start verib
Futbol üzrə dünya çempionatında Şotlandiya Haiti millisinə qalib gəlib. BAKU.WS xəbər verir ki, Boston stadionunda keçirilən C qrupunun matçında avropalılar 1:0...