Türkiyə 4 il qabaqki fınalın heyfini çıxdı və çempion oldu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin qadınlardan ibarət milli komandası voleybol üzrə Avropa çempionatının final oyununda Serbiya komandasını məğlub edərək ilk dəfə turnirin qalibi olub.
Qarşılaşma Belçikanın paytaxtı Brüsseldə baş tutub.
Oyun 3-2 (25:27, 25:21, 22:25, 25:22, 15:13) hesabı ilə Türkiyə komandasının xeyrinə başa çatıb. Bürünc medalları üçüncü yer uğrunda görüşdə italyanları məğlub edən Niderland yığması qazanıb - 3:0 (25:23, 28:26, 25:20).
Serbiya və Türkiyə yığmaları Avropa çempionatının finalında ikinci dəfə üz-üzə gəlib. 2019-cu ildə serbiyalılar üstün olublar.
Oxşar xəbərlər
DÇ-2022: Argentina millisi yarımfinalda Xorvatiyaya rəqib olub - YENİLƏNİB
Argentina millisi Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsində Xorvatiyaya rəqib olub. Lionel Skaloninin baş məşqçisi olduğu komanda 1/4 finald...