"Turan Tovuz" "Sumqayıt"la, "Qarabağ" "Araz-Naxçıvan"la qarşılaşacaq

Turan Tovuz Sumqayıtla, Qarabağ Araz-Naxçıvanla qarşılaşacaq
İdman 12

Misli Premyer Liqasında IV tura bu gün yekun vurulacaq.

BAKU.WS xəbər verir ki, sonuncu gündə daha iki oyun baş tutacaq.

İlk olaraq "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək. Qarşılaşma saat 18:00-da start götürəcək. Meydan sahibləri 4 xalla altıncı, rəqibindən bir oyun az keçirən "gənclik şəhəri" təmsilçisi sıfır xalla sonuncu - 12-ci yerdədir.

Tura "Qarabağ" - "Araz-Naxçıvan" matçı ilə yekun vurulacaq. Bu görüş saat 20:15-də başlayacaq. Ehtiyatda daha bir oyunu olan Ağdam təmsilçisi 6 xalla dördüncü, Naxçıvan klubu 1 xalla 11-ci sıradadır.

Misli Premyer Liqası

I dövrə, IV tur

6 sentyabr

18:00. "Turan Tovuz" – "Sumqayıt"

Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Ruslan Quliyev.

VAR: Kamal Umudlu.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Orxan Məmmədov.

Tovuz şəhər stadionu

20:15. "Qarabağ" – "Araz-Naxçıvan"

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev.

VAR: Elçin Məsiyev.

AVAR: Pərvin Talıbov.

Hakim-inspektor: Munis Abdullayev.

Tofiq Bəhramov adına Respublika stadionu

Xatırladaq ki, turun əvvəlki matçlarında "Qəbələ" "İmişli"ni (2:1), "Şamaxı" "Kəpəz"i (4:1), "Sabah" "Zirə"ni (5:0), "Neftçi" "Şəfa"nı (4:1) məğlub edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər