"Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi

Turan Tovuz Sumqayıtı məğlub etdi
İdman 23

Misli Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.

BAKU.WS xəbər verir ki, "Turan Tovuz" öz meydanında "Sumqayıt" komandasını qəbul edib.

Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Qərb təmsilçisinin heyətində 20-ci dəqiqədə Jo Batista, 60-cı dəqiqədə Jorje Silva fərqləniblər. Qonaqların qolunu 9-cu dəqiqədə Ronaldo Vaskes vurub.

Bu turdan sonra xallarının sayını 7-yə çatdıran "Turan Tovuz" 4-cü pilləyə yüksəlib. "Kimyaçılar" sıfır xalla sonuncu - 12-ci sırada qalıblar.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər