"Turan Tovuz" "Sumqayıt"a qalib gələrək üçüncü sıraya yüksəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Misli Premyer Liqasının XVII turunda "Turan Tovuz" "Sumqayıt"a qalib gəlib.
BAKU.WS xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matç tovuzluların 2:1 hesablı qələbəsi ilə bitib.
Qərb təmsilçisinin qollarını Hayderson Hurtado (13) və Rəhim Sadıxov (69) vurublar. "Sumqayıt"ın qolu da Hayderson
Hurtadonun passivinə yazılıb. O, 61-ci dəqiqədə avtoqol müəllifi olub.
"Turan Tovuz" 30 xalla üçüncü sıraya yüksəlib. "Sumqayıt" isə 27 xalla beşinci pillədə qalıb.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "İmişli" "Araz-Naxçıvan"la (2:2), "Neftçi" isə "Zirə" (0:0) ilə heç-heçə edib. "Qəbələ" "Şamaxı"nı (4:0), "Kəpəz" "Qarabağ"ı (2:0) məğlub edib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...