Tural Qurbanov ilk dəfə beynəlxalq oyuna baş hakim kimi təyinat alıb
FIFA referisi Tural Qurbanov ilk dəfə beynəlxalq oyuna baş hakim kimi təyinat alıb.
BAKU.WS AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində keçiriləcək Niderland – Belarus matçını idarə edəcək.
T. Qurbanova digər həmyerlimiz Asiman Əzizli və şimali makedoniyalı Aleksandar Qyurkovski köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını İlioski Vlatko (Şimali Makedoniya) yerinə yetirəcək.
B Liqasının 7-ci qrupunun son görüşü martın 31-də Türkiyənin Antalya şəhərində yerləşən Mardan İdman Kompleksinin stadionunda keçiriləcək.
Qeyd edək ki, Tural Qurbanov qrupun martın 25-də baş tutan Kosovo – Niderland (0:1) qarşılaşmasının dördüncü hakimi olub.
Oxşar xəbərlər
FIFA bu futbolçuya görə "Qarabağ"a transfer qadağası qoyubmuş
FIFA-nın "Qarabağ"a tətbiq etdiyi transfer qadağası ləğv olunub. Ali futbol qurumu mayın 8-də qoyduğu "stop"u bu gün götürüb. BAKU.WS xəbər verir ki, bu barədə...