“Trabzonspor”un azarkeşləri 27 saniyəyə bütün biletləri aldılar

“Trabzonspor”un azarkeşləri 27 saniyəyə bütün biletləri aldılar
İdman 147

Türkiyə Super Liqasının 35-ci turu çərçivəsində keçiriləcək “Trabzonspor” - “Antalyaspor” qarşılaşmasının biletləri saniyələr içində satılıb.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, ümumilikdə satışa çıxmış 40 782 biletdən 27 958-i daha əvvəl satıldığından bu gün yerli vaxtda saat 13:00-da 12 824 bilet satışa çıxarılıb. Bu sayda biletin satılması üçün azarkeşlərə cəmi 27 saniyə bəs edib.

Qeyd edək ki, “Trabzonspor” görüşdə bir xal belə qazanacağı halda vaxtında əvvəl çempionluğunu elan edəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər